İlk sifarişinizi etmək çox asandır. Bunun üçün sadəcə aşağıdakı addımları izləməyiniz kifayətdir.

1) “Supermarket”, “Restoran”, “Aptek” və s. kimi kateqoriyalar arasından sifariş etmək istədiyiniz məhsula uyğun olaraq seçim edin.

2) Açılan səhifədə həmin kateqoriyaya uyğun mağazalar arasından istədiyinizi seçin.

3) Və budur! Minlərlə məhsul qarşınızdadır. Almaq istədiyiniz məhsulları səbətə əlavə edə bilərsiniz.

4) Səbətinizi doldurdunuzsa, səbətə daxil olaraq.

5) Son olaraq açılan səhifədə adres, çatdırılma vaxtı, əlaqə nömrəsi, ödəniş metodu və digər detalların yer aldığı səhifəni nəzərdən keçirib sifarişinizi tamamlaya bilərsiniz.

Qeyd: Supermarket alış-verişlərinizdə sifarişi tamamlamazdan əvvəl qeyd hissəsində köməkçiyə təlimatlarınızı yaza bilər,
“Hansısa məhsul olmazsa” nə etməli olduğunu seçə bilərsiniz
Həmçinin hər hansı çətinliyiniz yaranarsa tətbiq daxilində “Kömək” hissəsinə daxil olaraq bizə yaza bilərsiniz.

Fonibo vasitəsilə demək olar ki, istədiyiniz məhsulu ala, qəbul edə və göndərə bilərsiniz. Habelə çatdırılma edə və ya ekspress məktublar göndərə bilərsiniz. Sizin üçün aptekə getməyimizi istəyirsiniz? Bir cüt ayaqqabı almalısınız? Yemək üçün bir şey istəyirsiniz? Bir paket göndərməyiniz lazımdır? Açarlarınızı unutdunuz … yenə? Bunu demək istəyirik: İstədiyiniz hər hansı bir şey, bir neçə dəqiqə ərzində çatdırılır.

Kuryerlərimiz ağırlığı 9 kq-dan az olan (həcmi 3-4 alış-veriş çantası) və 40x40x30 sm ölçülü bir qutuya yerləşmək şərti ilə istədiyiniz hər şeyi daşıya bilər. Bunun üçün kuryerlərimiz motosikllərdən və ya velosipedlərdən istifadə edir. Bu ölçüləri nəzərə alaraq ehtiyac duyduğunuz hər şeyi çatdırdığımız üçün xoşbəxtik!

Tamamlanmamış və ya səhv bir sifariş almış olsanız, tətbiqdəki profilinizə gedin və kömək düyməsini basın. Ən qısa müddətdə sizə kömək edəcəyik.

Sifarişinizi sizə kuryer təyin edilməzdən əvvəl ləğv etsəniz sizdən heç bir məbləğ tutulmayacaqdır. Əks halda isə sizdən çatdırılma haqqı tutulacaqdır.

Sifarişinizi dəyişdirmək istəyirsinizsə və ya düzəliş etmək istəyirsinizsə, sadəcə kuryerinizlə əlaqə saxlamalısınız. Kuryer sifarişinizi qəbul etdiyi andan etibarən yarana biləcək sualları cavablandırmaq üçün bir-birinizlə telefonla əlaqə qura bilərsiniz. Bu dəyişikliyi yalnız kuryer hələ ki, məhsulları təhvil almayıbsa, etməyiniz mümkündür. Digər halda, kuryer məhsulu aldıqdan sonra sifarişdə dəyişiklik etməyiniz mümkün olmayacaqdır.

Sifarişinizi dəyişdirmək istəyirsinizsə və ya düzəliş etmək istəyirsinizsə, sadəcə kuryerinizlə əlaqə saxlamalısınız. Kuryer sifarişinizi qəbul etdiyi andan etibarən yarana biləcək sualları cavablandırmaq üçün bir-birinizlə telefonla əlaqə qura bilərsiniz. Bu dəyişikliyi yalnız kuryer hələ ki, məhsulları təhvil almayıbsa, etməyiniz mümkündür. Digər halda, kuryer məhsulu aldıqdan sonra sifarişdə dəyişiklik etməyiniz mümkün olmayacaqdır.

Hazırda Foniboda həm nağd şəkildə həm də Visa və Master kartlar vasitəsilə ödəniş etməyiniz mümkündür. Ödəniş metodunu sifarişi tamamlamazdan əvvəl seçməyiniz mümkündür. Nəzərinizə çatdıraq ki, nağd alış-verişlərdə maksimum məbləğ 60 AZN təşkil edir. Sifariş edəcəyiniz məhsullar 60 AZN i keçirsə bu zaman yalnız bank kartı ilə ödəniş etməyiniz mümkün olacaqdır.

Təəssüf ki, ev heyvanlarının daşınmasını etməyimiz mümkün deyil. Sizi dəyərli heyvan dostlarınıza qovuşdurmağı çox istəsək də hazırda bu xidməti həyata keçirməyin sağlıqlı olmadığını düşünürük.

Ekspress çatdırılma, istədiyiniz əşyanı bir nöqtədən digərinə göndərə bildiyiniz sürətli kuryer xidmətidir. Bu vasitə ilə köməkçilərimiz göndəriləcək əşyanı birbaşa qapıdan təhvil alaraq göndəriləcək ünvanda son nöqtəyə qədər çatdırır.Xidmətdən istifadə isə çox rahatdır, “Çatdırılma xidməti”-ni seçdikdən sonra açılan adreslər hissəsində göndərən və alıcının adreslərini daxil edərək davam edirsiniz, növbəti ekranda çatdırılma vasitəsini və ödəniş metodunu seçib, davam edin. Növbəti ekranda isə alıcı şəxsin nömrə və digər məlumatlarını qeyd edərək sifarişi tamamlaya bilərsiniz. Sonda telefonunuza gələn kodu açılan xanaya daxil etdikdən sonra sifarişiniz təsdiqlənmiş sayılacaqdır.

Təyin edilmiş bir köməkçiniz olduğu müddətdə sifarişinizi real vaxtda izləyə və suallarınız olduqda kuryerlə əlaqə qura bilərsiniz. Təyin edilmiş bir kuryeriniz yoxdursa, sifarişiniz uyğun köməkçi tapılana qədər sistemdə qalır. Uzunmüddətli gecikmələr gözlənilirsə, tətbiq üzərindən bir mesajla sizə xəbər verəcəyik. Sifarişinizə kuryer təyin edilməyibsə və ləğv etmək istəyirsinizsə, kömək hissəsinə bununla bağlı yaza bilərsiniz.

Yarımçıq və ya səhv sifariş almış olsanız, lütfən tətbiqdəki profilinizə gedin və “Bizimlə əlaqə” düyməsinə toxunun. Ən qısa müddətdə problemin həlli ilə sizə geri dönüş edəcəyik.

Əgər sifariş etdiyiniz məhsul sizə pis vəziyyətdə çatdırılbsa, lütfən tətbiqdəki profilinizə gedin və “Bizimlə əlaqə” düyməsinə toxunun. Ən qısa müddətdə problemin həlli ilə sizə geri dönüş edəcəyik.

Tətbiq vasitəsilə ödəmə sistemimiz tamamilə təhlükəsizdir. Təhlükəsizliyinizi daha yaxşı təmin etmək üçün ölkənin ən etibarlı ödəmə platformasından istifadə edirik.

Sifarişlərin planlaşdırılması heç vaxt bu qədər asan olmayıb! Səbətinizi tamamladıqdan sonra sifarişinizi istənilən saata təyin edə və nə vaxt çatdırılacağını seçə bilərsiniz. Belə ki, sizin üçün ən uyğun olan vaxtı seçə bilərsiniz! Planlaşdırdığınız sifarişin təfərrüatlarını dəyişdirmək və ya sadəcə ləğv etmək istəyirsinizsə, bizimlə əlaqəyə keçərək dəyişiklikləri qeyd etməyiniz kifayətdir.

Fonibo, Bakı şəhərinin hər bir hissəsinə çatdırılma həyata keçirir. Rayonlar isə çox qısa müddətdə çatdırılma əhatəmizə daxil ediləcəkdir. Bu barədə yeniliklər daim müştərilərimiz ilə paylaşılacaqdır.

Köməkçilərimiz çatdırılmaları həyata keçirən partnyorlarımızdır. Bizimlə köməkçi partnyor olaraq çalışmaq üçün https://apply.fonibo.com adresindən forumu doldurmağınız kifayətdir. Vakansiya yarandıqda müraciətlər dəyərləndiriləcəkdir.